Futbol üzrə Malta milli komandası Dç-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Slovakiya ilə heç-heçə edib.
 
Matc.az xəbər verir ki, 2:2 hesabıyla bitən matçda maltalılar yeni uğura imza atıblar.
 
Belə ki, Malta millisi 2001-ci ildən sonra ilk dəfə dünya çempionatlarının seçmə mərhələsi çərçivəsində bir səfər matçında iki qol vurmağı bacarıb.
 
Malta yığması sonuncu dəfə 2001-ci ildə, Dç-2002-nin seçmə mərhələ oyununda səfərdə çexiya yığmasına 2 qol vurmuşdu. Lakin həmin oyunda komanda rəqibinə 2:3 hesabıyla uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest