Futbol üzrə Azərbaycan I Divizionunda XIV turdan təxirə salınmış oyunlar keçirilib.
 
Matc.az xəbər verir ki, bu gün baş tutan oyunlardan birində "Neftçi" və "Sumqayıt" klublarının əvəzedici komandaları üz-üzə gəlib. Səkkiz qolun qeydə alındığı görüşdə qələbəni meydan sahibləri bayram ediblər.
 
Günün digər matçında MOİK ilə "Kəpəz" komadaları qarşılaşıb. Bu oyunda da meydan sahibləri darmadağınla qalib gəliblər.
 
I Divizion
XIV turun oyunları
28 mart
 
"Neftçi-2" – "Sumqayıt-2" 6:2
Qol: Famil Camalov, 14. Emin Zamanov, 62-pen. İsmayıl Zülfüqarlı, 63. Nihad Qurbanlı, 66. Nicat Musayev, 80. Əli Mürsəlov, 90+4 – Tahir Zeynalov, 28. Samir İbrahimov, 33.
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Kərim Zeynalov, İnqilab Məmmədov
"Neftçi"nin təlim-məşq mərkəzi (4-cü meydança), 15:00
 
MOİK – "Kəpəz" 4:1
Qol: Elvin Nəsibov, 27. İlham Allahverdiyev, 63; 80. Hüseyn Hüseynli, 90+2 – Əli Səmədov, 45+3-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Rəşad Əhmədov
Binə qəsəbə stadionu, 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest