ötən gün Dç-2022-nin seçmə mərhələsinin 2-ci turu çərçivəsində səfərdə İrlandiyaya qalib gələn Lüksemburq millisi 13 illik həsrətə son qoyub.
 
Matc.az xəbər verir ki, sözügedən komanda 85-ci dəqiqədə Jerson Rodriqesin vurduğu yeganə qol sayəsində rəqibini 1:0 hesabı ilə üstələyib.
 
Bununla da Luksemburq yığması 13 il sonra ilk dəfə səfərdə qələbə qazanıb. Bu komanda sonuncu dəfə 2008-ci ildə İsveçrə ilə səfər oyununda qələbə qazanmışdı.
 
Qeyd edək ki, Lüksemburq və İrlandiya yığmaları Dç-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə birgə A qrupunda mübarizə aparırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest