"Neftçi"nin yarımmüdafiəçisi vaxtilə "Milan"a necə keçməsindən də danışıb: "Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya ÇSKA-sı bu təklifi rədd etdi".

"Neftçi"nin futbolçusu Keysuke Honda İtaliya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, "La Gazetta dello Sport" nəşrinə danışan futbolçu, isveçli hücumçu Zlatan İbrahimoviçlə görüşmək istədiyini deyib:
 
"İbrahimoviçlə heç vaxt görüşməmişəm, amma bunu çox istərdim. Onun böyük bir futbolçu olduğunu düşünürəm və onun haqda daha çox şey bilmək istərdim. Hələ də "Milan"ı izləyirəm. ümid edirəm ki, skudettonu qazanarlar".
 
"Neftçi"nin yarımmüdafiəçisi vaxtilə "Milan"a necə keçməsindən də danışıb: "Milan klubundan zəng gələndə bir saniyə belə çəkinmədim. Bir neçə il əvvəl "Latsio"ya keçməyə yaxın idim, lakin Rusiya çSKA-sı bu təklifi rədd etdi".
 
Yaponiyalı oyunçu həmin dönəmdə "Milan"da problemlərin çox olduğunu diqqətə çatdırıb: "Xəyallarımı gerçəkləşdirdiyi üçün sabiq vitse-prezident Adriano Qallianiyə təşəkkür edirəm. "Milan"ın ən yaxşı futbolçuları almaq üçün pulu yox idi. Strategiya yox idi, çünki 3 aydan bir yeni baş məşqçi gəlirdi. Belə vəziyyətdə nəticə qazanmaq mümkün deyil".
 
Honda 2014-2017-ci illər aralığında "Milan"da çıxış edib. Yaponiyalı yarımmüdafiəçi "Neftçi" ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest