Dç-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Qazaxıstanla səfər oyunu Fransa yığmasının hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, İspaniyanın "Barselona" klubunun üzvü milli komandanın start heyətində ən çox oyuna çıxan futbolçuya çevrilib.
 
O, Fransa yığmasının heyətində ardıcıl 45 oyunda ilk dəqiqələrdən meydanda olmaq şansı qazanıb. Bununla da Qrizmann Fransa yığmasının sabiq yarımmüdafiəçisi Patrik Vieyranın rekordunu yeniləyib. Vieyra vaxtilə ardıcıl 44 oyunda Fransa yığmasının start heyətində meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest