Türkiyənin "Ərzurumspor" komandasının yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisinin "sükan"ı Yılmaz Vurala tapşırılacaq.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, tərəflər arasında razılıq əldə olunduğu bildirilib. Vural mövsümün sonuna qədər "Ərzurumspor"u çalışdıracaq.
 
"Ərzurumspor" bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 27 xal toplaya bilib və 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest