Bosniya və herseqovinalı veteran futbolçu Nikola Yokişiç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi Dç-2022-nin seçmə mərhələ oyunundan danışıb.
 
Matc.az xəbər verir ki, o, "mondo.ba" nəşrinə açıqlamasında Serbiya yığmasının Portuqaliya ilə heç-heçəsindən razı qaldığını bildirib:
 
"Dörd fantastik qol və hər iki qapı qarşısında onlarla təhlükəli vəziyyət izlədik. Bir oyundan başqa nə gözləyə bilərik? Yığmanın çıxışından məmnunam. Qəribə səslənə bilər. Amma mənim üçün Portuqaliya ilə 2:2 hesablı heç-heçə ideal nəticədir".
 
1991-1992-ci illərdə Serbiya "Voyvodina"sının formasını geyinmiş 50 yaşlı sabiq hücumçu bildirib ki, milli üzvləri bu nəticədən sonra arxayınlaşıblar: "Komanda Bakıya rahat yollanıb. Amma inanıram ki, futbolçular tam olaraq sabahkı matça kökləniblər. Onlar Azərbaycan millisinə qarşı da ilk dəqiqədən final fitinədək intizamlı və məsuliyyətli oynayacaqlar".
 
Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest