Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Türkiyə - Latviya oyununa azarkeşlərin buraxılacağını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, bu barədə ötən gün Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yaymışdı.
 
Lakin cəmi bir gün sonra TFF bu qərarını dəyişmək məcburiyyətində qalıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, TFF koronavirusla bağlı son statistikadan sonra stadiona məhdud sayda azarkeşlərin buraxılması məsələsini yenidən dəyərləndirib. Yeni tədbirlərin alınmalı olduğu bir dönəmdə risk artırmamaq üçün Latviya ilə görüşdə stadiona azarkeşlərin buraxılmamasına qərar verilib.
 
Qeyd edək ki, federasiyanın dünən yaydığı açıqlamada görüşün keçiriləcəyi Atatürk Olimpiya Stadionunun tutumunun 15 faizi qədər azarkeşin oyunu canlı izləməsinə icazə veriləcəyi bildirilmişdi.
 
Xatıladaq ki, martın 30-da keçiriləcək Türkiyə - Latviya matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest