Futbol üzrə Braziliya yığmasının və Almaniyanın "Bavariya" klubunun sabiq müdafiəçisi Rafinya özünə yeni iş yeri tapıb.
 
Matc.az xəbər verir ki, 35 yaşlı futbolçu yenidən ölkəsinə qayıtmağa qərar verib.
 
Sağ cinah müdafiəçisi "Qremio" ilə anlaşıb. Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilə 2021-ci ilin sonuna qədər nəzərdə tutulub. Təcrübəli futbolçu yeni komandasında "13" nömrəli formanı geyinəcək.
 
Xatırladaq ki, Rafinya bu mövsümün əvvəlində Braziliyanın "Flamenqo" klubundan ayrılaraq Yunanıstan "Olimpiakos"una üz tutumuşdu. Lakin onun bu ölkədəki macərası qısa sürüb. Halbuki, təcrübəli futbolçu 2020-ci ilin avqustunda "Olimpiakos"la 2 illik müqaviləyə imza atmışdı. Amma tərəflər qarşılıqlı razılıq əsasında bu müqaviləyə xitam veriblər.
 
Braziliyalı müdafiəçi peşəkar karyerasına ölkəsinin "Koritiba" klubunda başlayıb. 2005-ci ildə isə o, Almaniyanın "Şalke" klubuna transfer olunub və 5 il bu komandanın uğurları üçün çalışıb. 2010/11 mövsümünü İtaliyanın "Cenoa" klubunda keçirən futbolçu 2011-də "Bavariya"ya üz tutub və 2019-cu ilə qədər Münhen təmsilçisinin formasını geyinib. Braziliya millisində 4 oyun keçirmiş müdafiəçi, 2019-2000-ci illər aralığında da "Flamenqo"da oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest