"Azərbaycana tarixi məğlubiyyəti yaxşı xatırlayıram. Həmin oyunda meydana əvəzetmədən daxil olmuşdum. Podqoritsada 2:2 hesabı ilə başa çatan görüşdə isə olmamışam. Həmin vaxt Azərbaycan ciddi bir komandaya çevrilmişdi". Matc.az xəbər verir ki, bunu "Srvena Zvezda"nın sabiq futbolçusu Nenad Kovaçeviç deyib.

Bu gün Dç-2022-nin seçmə mərhələ görüşləri keçiriləcək. Serbiya yığması Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq.

Bu qarşılaşmadan bəhs edən Kovaçeviç 2003-ci ildə iki yığma arasında baş tutmuş (Bakıda 2:1, Podqoritsada 2:2) görüşləri də yada salıb: "Bakıdakı məğlubiyyətdən sonra baş məşqçimizin istefa verdiyini yaxşı xatırlayıram. Biz o vaxt Azərbaycanı dəyərləndirmədik. Sonda Azərbaycan üzərində 6:1 və 1:0 hesablı qələbə qazananda həmin görüşlər yenə yadıma düşür. Azərbaycan çox yöndəmsiz komanda idi. Mən Azərbaycanda, "Bakı" klubunda oynamışam. çox güclü çempionatları olduğunu deyə bilərəm. Futbolda ​​davamlı irəliləyirlər. Vaxtilə Robert Prosineçki də Azərbaycan yığmasında çalışıb. Deməli, onlar xaricilərdən öyrənməyə çalışırlar. Portuqaliya Azərbaycanı 1:0 hesabı ilə məğlub etdi. Bu da o deməkdi ki, Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdı!"

2011/12 mövsümündə Azərbaycan çempionatında "Bakı" klubunun müdafiəçisi olmuş Nenad bildirib ki, Serbiya oyuna çox ciddi yanaşmalıdı: "Rəqib sanki Almaniyadı. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Baş məşqçinin buna imkan verməyəcəyinə inanıram, amma yenə də xəbərdarlıq etmək istəyirəm. Lüksemburqun İrlandiyanı məğlub etməsi kifayət qədər xəbərdarlıq olmalıdır. Artıq San-Marino kimi əvvəlcədən məğlub olduğu deyilən milli komandalar yoxdu. Futbol getdikcə çılğınlaşır və əvvəlcədən qazanılan oyunlar qalmayıb".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest