"Neftçi"nin futbolçusu Mamadu Mbodj Dç-2022-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Serbiya yığmasının futbolçusu Marko Qruyiçlə görüşüb.
 
Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi "Srvena Zvezda" klubundan keçmiş komanda yoldaşı Marko Qruyiçlə görüşüb. 
 
Serbiyalı futbolçu Mbodja millidəki 16 nörməli formasını hədiyyə edib. Seneqallı müdafiəçi "tvitter" hesabıda keçmiş komanda yoldaşı ilə birlikdə şəklini paylaşaraq, ona təşəkkür edib.
 
Mbodj 2014/15 mövsümündə Serbiyada "Srvena Zvezda" klubunun formasını geyinib. Marko Qruyiç isə bu klubun yetirməsidir və 2013-2016-cı illərdə əsas komanda oynayıb.
 
Bu gün keçiriləcək Azərbaycan – Serbiya matçına saat 20:00-da start veriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest