Türkiyənin "Rizəspor" klubunda bir futbolçu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə COVİD-19 testi pozitiv çıxan futbolçunun kimliyi açıqlanmasa da, onun karantinə alındığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Rizəspor" bu mövsüm Super Liqada keçirdiyi 29 oyuna topladığı 34 xalla 21 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest