"Azərbaycan müdafiədə son dərəcə çətin komandadı, çox yaxşı müdafiə olunurlar. Onlara yuxarıdan aşağı baxmamalıyıq. Bir dəfə heç-heçə etdiyimiz və bir dəfə uduzduğumuz 2003-cü ildəki nəticələrin təkrarlanacağına inanmıram".

"Azərbaycan yığması  çox yöndəmsiz komanda kimi görünür. Bu gün zəif yığma yoxdu. Azərbaycanı qiymətləndirməmək olmaz". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiç deyib. 
 
Vaxtilə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ" klublarının formasını geyinmiş serbiyalı bildirib ki, Dç-2022-nin seçmə mərhələsində bu gün baş tutacaq Azərbaycan – Serbiya görüşündə sensasiya gözləmir:  "Azərbaycan müdafiədə son dərəcə çətin komandadı, çox yaxşı müdafiə olunurlar. Onlara yuxarıdan aşağı baxmamalıyıq. Bir dəfə heç-heçə etdiyimiz və bir dəfə uduzduğumuz 2003-cü ildəki nəticələrin təkrarlanacağına inanmıram".
 
Subaşiç Serbiya yığmasını oyunun favoriti sayır: "Komandamızla birlikdə eyni təyyarədə idim. Atmosfer həqiqətən yaxşıdır, futbolçularda pozitiv ab-hava hökm sürür. Bu da nəticələr əldə etməyimizin şərtidir. İnsanların milliyə inamının yavaş-yavaş qayıtdığını görürəm. Buna sevindim. Vətənpərvər olmalı, ölkəmizi sevməliyik".
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest