Türkiyənin "Ərzurumspor" komandasının yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Yılmaz Vural çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, tərəflər arasında mövsümün sonuna qədər razılıq əldə olunduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, bir müddət öncə Mesut Bakkalı istefaya göndərən Ərzurum klubu martın 23-də baş məşqçi postuna İsmail Kartalı təyin etmişdi. Lakin o, cəmi 5 gün sonra gözlənilməz qərarla klubdan ayrılmaq istədiyini bəyan etmişdi.
 
"Ərzurumspor" bu mövsüm Super Liqada keçirdiyi 30 oyunda 27 xal toplayıb və 21 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest