"Azərbaycan və Lüksemburqla matçlarda çox diqqətli olmalıyıq. Bunlar xal qazanmalı olduğumuz oyunlardır. Portuqaliyaya qarşı itirəcəyimiz heç nə yox idi. Bu dəfə isə bizi daha çətin bir qarşılaşma gözləyir"

Serbiyanın veteran futbol mütəxəssisi Dobrivoye Tanasiyeviç Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Serbiya matçı barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, Dan Tana kimi tanınan 88 yaşlı sabiq futbol funksioneri komandalarından Bakıda qələbə gözlədiyini söyləyib:
 
"Azərbaycan və Lüksemburqla matçlarda çox diqqətli olmalıyıq. Bunlar xal qazanmalı olduğumuz oyunlardır. Portuqaliyaya qarşı itirəcəyimiz heç nə yox idi. Bu dəfə isə bizi daha çətin bir qarşılaşma gözləyir. çünki indi qalib gəlməliyik. Azərbaycan yığması doğma meydanda oynamasından ilhamlanacaq və aqressiv olacaq. Belə rəqibə qarşı bu təzyiq altında oynamaq asan deyil. Bu texnikamızın və zəkamızın üstünlük təşkil etməsi gərəkən futbol müharibəsi olacaq və bunu qazanmalıyıq.
 
Təxminən iyirmi il əvvəl Azərbaycana qarşı xoşagəlməz təcrübəmiz var. Amma çox şey öyrənmişik. Bundan əlavə, yeni bir səhifə açmışıq. Draqan Stoykoviçin gəlişindən sonrakı dəyişiklikləri görə bilirik. Başlanğıc nəticələr tərifə, müsbət düşüncə tərzinə, öhdəliklərə düzgün yanaşmaya və milli qürur oyanışına yol açır. Baş məşqçinin xarizmasının bir hissəsini futbolçulara ötürdüyü və onlarda özünəinamı bərpa etdiyi görülə bilər.
 
Biz seçmə mərhələnin hələ əvvəlindəyik, qarşıda çox oyun var. Qeyri-müəyyənliklər mövcuddur. Bakıda qalib gəlməyimiz şərtilə hazırkı vəziyyət məni qane edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest