Dç-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün heyəti məlum olub.
 
Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi Serbiya ilə matç üçün heyətə 23 futbolçu daxil edib.
 
İtalyan mütəxəssis qarşılaşmanın "23-lüy"ünə Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu daxil etməyib.
 
Bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçına saat 20:00-da start veriləcək.
 
Azərbaycan millisinin heyəti:
 
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov;
 
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə;
 
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov;
 
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev.
 
Qeyd edək ki, millimizin Serbiya ilə oyunda hansı start heyətlə meydana çıxacağı da bəllidir. Matc.az bu barədə ötən gecə məlumat verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest