"Liverpul"un zədəli futbolçusu Roberto Firmino sağalıb.
 
Matc.az xəbər verir ki, braziliyalı hücumçu artıq komanda ilə məşqlərə qoşulub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Firmino şans veriləcəyi təqdirdə, Premyer Liqanın 30-cu turunun "Arsenal"la matçında iştirak edə bilər.
 
Firmino martın 4-də keçirilən "Liverpul" – "çelsi" matçında (0:1) zədələnmişdi.
 
"Arsenal" – "Liverpul" matçı aprelin 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest