"İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. Çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan faydalana bilmədik. Halbuki, hər bir qol epizodundan faydalanmaq lazımdı".

"Oyunun çox çətin keçəcəyini gözləyirdik. Bunu öncədən də söyləmişdim". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Serbiyaya 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
 
Təcrübəli yarımmüdafiəçi bildirib ki, komandası konsentrasiyanı itirən kimi rəqib qollar vurub: "İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan faydalana bilmədik. Halbuki, hər bir qol epizodundan faydalanmaq lazımdı".
 
Komandasının yeganə qolunu vuran Mahmudov istədiyi qədər sevinə bilmədiyini vurğulayıb: "Qol vurduğum üçün şadam, amma qalib gəlsəydik, daha çox sevinərdim". report

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest