Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: "Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil".

Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç Dç-2022-nin seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan millisi üzərində üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, görüşün çətin olacağı gözlənilən idi: "öncədən demişdim ki, Azərbaycan millisi bizə problem yaradacaq. Hesab bərabərləşəndən sonra işimiz çətinə düşdü. Rəqib bizi əks-hücumda cəzalandıra bilərdi".

Stoykoviçin sözlərinə görə, bu gün qol buraxmaq planda yox idi: "Amma ani diqqətsizlikdən qapımızda qol gördük. Buna görə təəssüflənirəm. Həmin epizoddan sonra çox əsəbiləşdim. Sevinirəım ki, vəziyyəti düzəldə bildik".
 
Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: "Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil".
 
Bakını çox sevdiyini deyən mütəxəssis buraya ailəsi ilə gələcəyini vurğulayıb: "Növbəti dəfə Bakıya turist kimi gələcəyəm. Azərbaycan mənim üçün maraqlı yerdir. Bakını gəzdim, çox xoşuma gəldi. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Şəhər çox dəyişib. Əvvəlkindən əsər-əlamət yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest