Fransanın "Olimpik" (Lion) klubu braziliyalı müdafiəçisi Marselo Qedeslə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Yeni müqaviləyə əsasən 33 yaşlı futbolçu 2023-cü ilin yayına qədər "Olimpik"in uğurları üçün çalışmağa davam edəcək. Bundan öncəki anlaşmanın müddəti bu mövsümün sonunda bitəcəkdi.
 
2016-2017-ci illərdə oynadığı Türkiyənin "Beşiktaş" klubundan Lion təmsilçisinə transfer olunan Marselo, cari mövsümdə 28 oyuna çıxıb, 2 qol vurub. Braziliyalı futbolçu daha öncə "Santos", "Visla", PSV və "Hannover"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest