Sabah - martın 31-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında 2007-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli oyun keçiriləcək. 
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Qarşılaşma elit-məşq layihəsinin iştirakçıları arasında təşkil olunacaq. Oyunun əsas məqsədi 15 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına cəlb olunacaq heyətini formalaşdırmaqdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest