Futbol üzrə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində keçirilən Fil Dişi Sahili - Efiopiya matçında xoşagəlməz hadisə qeydə alınıb.
 
Matc.az xəbər verir ki, Abican şəhərində baş tutan qarşılaşmanın baş hakimi çarlz Bulunun səhhətində problem yaranıb.
 
Belə ki, o, matçın 81-ci dəqiqəsində huşunu itirərək yerə yıxılıb. Səhhətində problem yaranmış referi meydanı xərəkdə tərk edib və xəstəxanaya aparılıb.
 
Ehtiyat hakim Fil Dişi Sahilini təmsil etdiyi üçün oyun davam etdirilməyib. Nəticədə görüş vaxtından əvvəl meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest