Futbol üzrə Serbiya yığmasının müdafiəçisi Uroş Spayiç Dç-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, Niderlandın "Feyenord" klubunda çıxış edən 28 yaşlı futbolçu Bakıda 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"İlk növbədə, qazandığımız xallardan və komandadakı fantastik ab-havadan, sonra isə oyunumuzdan razıyam. Azərbaycanla oyuna gəlincə, axmaq qol buraxdıq. Demək olar ki, heç nədən penalti təyin olundu. Penalti vurulsa da, nəyisə dəf edəcəyinə, əlverişsiz vəziyyətdən çıxacağına və arzuolunan nəticəyə nail olacağına inandıqda hədəfə doğru gedərək qalib olacaqsan. Ola bilsin, bu daha şirin qələbədir. Seçmə mərhə öncəsi bizə 3 oyuna 7 xal toplamalı olduğumuzu desəydilər, əlbəttə, bununla könülsüz razılaşacaqdıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest