AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb.

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb.
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin şikayəti tam, paytaxt klubunun şikayəti isə qismət təmin edilib.
 
"Qarabağ" İntizam Komitəsinin (İK) fevralın 23-də kluba təyin etdiyi 3000 manat cərimədən azad olunub. Son ölkə çempionu fevralın 19-da "Sumqayıt"la qolsuz başa çatan 16-cı tur oyununda serbiyalı yarımmüdafiəçisi Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün cərimələnmişdi. Kluba bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.
 
"Neftçi"nin martın 3-də "Sabah"la 17-ci tur matçı zamanı 8-ci km stadionunda işıqlar söndüyü üçün kluba tətbiq edilən cərimənin məbləği azaldılıb. Cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 manatdan 1000 manata endirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest