PSJ-nin hücumçusu Kilian Mbappe daha bir təklif alıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real"dan sonra "Yuventus" da ulduz futbolçuya "elçi düşüb".

Turin təmsilçisi mövsümün sonunda 20 yaşlı forvardı transfer etmək niyyətindədi. Keçid çətin görünsə də, mümkünsüz hesab edilmir. Maliyyə feyr-pleyi qaydalarına görə, PSJ onu və ya Neymarı yayda satmaq məcburiyyətində qala bilər. Turinlilər bu transfer üçün 200 milyon avro xərcləməyə hazırdı.

"Yuventus" UEFA-nın tələblərini pozmamaq üçün Mbappeni alacağı təqdirdə, Paulo Dibalanı satacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest