İtaliya A Seriyasında mart ayının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Napoli"nin hücumçusu Lorenso İnsinye ötən ayın ən yaxşısı seçilib.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 29 yaşlı hücumçuya mükafatı aprelin 3-də keçiriləcək "Krotone" - "Napoli" maçtında təqdim olunacaq.
 
İnsinye mart ayında "Napoli"nin heyətində 4 matça çıxıb, 3 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
 
Lorenso A Seriyasında bu mövsüm ayın ən yaxşısı seçilən ilk "Napoli"li futbolçudur. İtaliya yığmasının da üzvü olan futbolçu bu mövsüm ümumilikdə 37 matçda 13 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest