"Turan Tovuz" Futbol Akademiyasına koordinator təyin olunub.
 
Matc.az xəbər verir ki, PRO kateqoriyalı mütəxəssis Adil Şükürov bu vəzifəyə təyin edilib.
 
Bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb.
 
Adil Şükürov 2015/16 mövsümündə "Zirə"nin baş məşqçisi olub. O, "Bakı" futbol akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb.
 
"Turan Tovuz" Futbol Akademiyasının açılış mərasimi yanvarın 16-da keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest