İspaniyanın "Real" klubunun futbolçusu Marselo cərimələnib. Matc.az xəbər verir ki, braziliyalı müdafiəçi İspaniya Ədliyyə Nazirliyi tərəfindən 2,7 min avro məbləğində cərimələnib.
 
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Marselo koronavirusla bağlı qoyulmuş qaydaları pozduğu üçün cərimələnib.
 
Marselo ötən ay "instagram" hesabında Valensiya çimərliyində ailəsi ilə birlikdə istirahətdə olduğu şəkil paylaşıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə tibbi maskadan istifadə etməyib. Bundan başqa, İspaniyada koronavirus pandemiyası ilə əlaqədar hərəkət də məhdudlaşdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest