27 yaşlı futbolçunun millidən qayıtdıqdan sonra verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, evində karantinə alınıb. Karamanın bazar günü baş tutacaq "Darmştadt"la oyunda komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.

Futbol üzrə Türkiyə milli komandasının və Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun hücumçusu Kenan Karamanda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə, 27 yaşlı futbolçunun millidən qayıtdıqdan sonra verdiyi COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bu üzdən də o, evində karantinə alınıb. Karamanın bazar günü baş tutacaq "Darmştadt"la oyunda komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.
 
Bununla da Türkiyə yığmasına koronavirusa yoluxanların sayı 13-ə çatıb. Türkiyə Futbol Federasiyası daha öncə Dç-2022-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət almış 12 futbolçuda koronavirus aşkarlandığını açıqlamışdı. Onlardan da səkkizinin adı məlumdur. Bunlar İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınçdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest