Futbol üzrə Azərbaycan I Divizionunda XIX turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"Neftçi"nin əvəzediciləri doğma meydanda MOİK-lə qarşılaşıb. "Ağ-qaralar" rəqibini 7 cavabsız qolla məğlub edib. "Zaqatala" isə səfərdə "Sabah"ın əvəzediciləri üzərində çətin qələbə qazanıb.
 
Tura sabah yekun vurulacaq.
 
I Divizion
XIX tur
1 aprel
 
Turan Tovuz – Qarabağ-2 2:1
Qol: Vidadi Cəfərov, 18; 64 – Sultan Mustafayev, 59.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Tovuz şəhər stadionu.
 
Qaradağ Lökbatan – Keşlə-2 0:1
Qol: Emin Quliyev, 48.
Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
 
2 aprel
 
Neftçi-2 – MOİK 7:0
Qol: Vüsal Əsgərov, 33. Asim Əlizadə, 36; 69-pen. Emin Zamanov, 46. Famil Camalov, 57. Valeh Qəhrəmanlı, 85. Əli Mürsəlov, 90+4.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
"Neftçi"nin təlim-məşq bazası (4-cü meydança).
 
Sabah-2 – Zaqatala 3:4
Qol: Fərid Kərimzadə, 24. Samir Məhərrəmli, 64. Əli Abdullayev, 89-avtoqol – Bəhruz Teymurov, 45; 54-pen. Xəqani Sadıxov, 48. Əsədulla Heydərov, 71.
Qırmızı vərəqə: Sultan Mustafayev, 39 ("Sabah-2").
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
 
3 aprel
 
Sumqayıt-2 – Kəpəz
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elmin Süleymanov, Nicat İsmayıllı.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest