Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Globe Soccer Awards"ın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Matç.az xəbər verir ki, Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası 2018-ci ilin ən yaxşılarını təltif edib.

Portuqaliyalı Kriştianu Ronaldo ilin futbolçusu adına layıq görülüb.

Fransa millisinin çalışdırıcısı Didye Deşam ilin məşqçisi kimi mükafatlandırılıb.

Madrid "Atletiko"su 2018-ci ilin ən yaxşı klubu seçilib.

Portuqaliyalı Jorje Mendeş 2018-ci ilin ən yaxşı agenti adına layiq görülüb.

"Yuventus"lu Fabio Parattiçi ən yaxşı idman direktoru kimi təltif olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest