Futbol üzrə Braziliya yığmasının və "Fənərbaxça"nın sabiq yarımmüdafiəçisi Aleks de Souza məşqçiliyə başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə o, "Tvitter" səhifəsində məlumat paylaşıb.
 
43 yaşlı braziliyalı, ölkəsinin "San-Paulo" klubu ilə müqavilə imzalayıb. Aleks klubun U-20 komandasının baş məşqçisi təyin olunub.
 
Qeyd edək ki, 2004-12-ci illər aralığında "Fənərbaxça"da oynamış məşhur oyunçu 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, Türkiyə klubunda keçirdiyi 9 mövsüm ərzində 344 oyuna çıxıb, 171 qola imza atıb, 147 məhsuldar ötürmə edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest