Filipe Paxtmann, Davit Volkov və Lazar Corceviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Riçard Almeyda və Dimitrios Çantakias cəzalıdır. Fakundo Melivilo isə xəstə olduğu üçün komandadan ayrı düşüb.

"Zirə" Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Səbail"lə səfər oyununa ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, paytaxt klubunda altı futbolçu bu qarşılaşmanı buraxmalı olacaq.
 
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, Filipe Paxtmann, Davit Volkov və Lazar Corceviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Riçard Almeyda və Dimitrios çantakias cəzalıdır. Fakundo Melivilo isə xəstə olduğu üçün komandadan ayrı düşüb.
 
Qeyd edək ki, Riçard Almeyda və Fakundo Melivilodan götürülmüş koronavirus testləri pozitiv nəticə verib. Bu üzdən Almeyda cəzalı olmasaydı belə, yenə komandasına kömək edə bilməyəcəkdi.
 
Bu gün keçiriləcək "Səbail" – "Zirə" matçına saat 17:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest