Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
 
Turnir cədvəlinin 5-ci pilləsində yer alan Dortmund "Borussiya"sı bu turda Frankfurt "Ayntraxt"ının müqavimətini qırmağa çalışıb. Lakin üç qolun qeydə alındığı bu matç qonaqların qələbəsiylə yekunlaşıb. "Volfsburq" "Köln"lə, autsayder "Şalke" isə "Bayer"lə qarşılaşıb. Bu oyunlarda qələbəni meydan sahibləri bayram ediblər.
 
Turun mərkəzi görüşündə lider "Bavariya" ən yaxın izləyicisi "Leyptsiq"in qonağı olub. Münhen klubunda hücumçu Robert Levandovski zədə səbəbindən bu görüşü buraxsa da, komandası minimal heabla qalib gəlməyi bacarıb.
 
Almaniya Bundesliqası
27-ci tur
3 aprel
 
Ayqsburq – Hoffenhaym 2:1
Qol: Varqas, 8. Han, 23 – Skov, 86.
 
Bayer – Şalke 2:1
Qol: Alario, 26. Şik, 72 – Huntelar, 81.
 
Borussiya (Dortmund) – Ayntraxt 1:2
Qol: Hummels, 45 – Şults, 11-öz qapısına. A.Silva, 87.
 
Maynts – Arminiya 1:1
Qol: Brosinski, 56 – Voqlzammer, 76.
 
Volfsburq – Köln 1:0
Qol: Brekalo, 69.
 
Leyptsiq – Bavariya 0:1
Qol: Qoretska, 38.
 
Borussiya (Mönhenqladbax) – Frayburq 2:1
Qol: Turam, 53; 60 – Sallai, 10.
 
4 aprel
 
17:30 Ştutqart – Verder
20:00 Yunion – Herta
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest