Futbol üzrə İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Açılış matçında "çelsi" doğma meydanda autsayder "Vest Bromviç"i qəbul edib. "Zadəganlar" Tomas Tuxelin gəlişindən bəri ilk dəfə məğlubiyyətlə üzləşiblər. Lider "Mançester Siti" bu turda çətin "Lester" səfərinə yollanıb və inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Arsenal" və "Liverpul" komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.
 
İngiltərə Premyer Liqası
30-cu tur
3 aprel
 
çelsi – Vest Bromviç 2:5
Qol: Pulişiç, 27. Mount, 71 – M.Pereyra, 45+2; 45+4. Robinson, 63; 90+1. Diaqne, 68.
 
Lids – Şeffild Yunayted 2:1
Qol: Harrison, 12. Jaqielka, 49-öz qapısına – Osborn, 45+2.
 
Lester – Mançester Siti 0:2
Qol: B.Mendi, 58. Q.Jezus, 74.
 
Arsenal – Liverpul 0:3
Qol: Jota, 64; 82. Salah, 68.
 
4 aprel
 
15:00 Sauthempton – Bernli
17:05 Nyukasl – Tottenhem
19:30 Aston Villa – Fulhem
22:30 Mançester Yunayted – Brayton
 
5 aprel
 
21:00 Everton – Kristal Pelas
23:15 Vulverhempton – Vest Hem

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest