Futbol üzrə Fransa Liqa 1-də 31-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Açılış matçında "Monako" doğma meydanda "Mets"lə qarşılaşıb və darmadağına sevinib.
 
Turun mərkəzi görüşü Parisdə keçirilib. Burada lider PSJ eyni xalla 2-ci sırada qərarlaşan "Lill"i qəbul edib. Qonaqlar bu oyunda minimal hesabla qalib gəliblər. Turnir cədvəlinin 3-cüsü "Lion"un rəqibi isə "Lans" olub. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.
 
Fransa Liqa 1
31-ci tur
3 aprel
 
Monako – Mets 4:0
Qol: Fabreqas, 50. Folland, 52. Ben Yedder, 77; 89.
 
PSJ – Lill 0:1
Qol: David, 20.
 
Lans – Lion 1:1
Qol: Klauss, 65 – Paketa, 81.
 
4 aprel
 
15:00 Anje – Monpelye
17:00 Bordo – Strasburq
17:00 Loryan – Brest
17:00 Nant – Nitsa
17:00 Reyms – Renn
19:05 Nim – Sent-Etyen
23:00 Marsel – Dijon
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest