"Liverpul" İngiltərə Premyer Liqasının 2020/21 mövsümündə çempionluq şansını itirib.
 
Matc.az xəbər verir ki, sözügedən komanda çempionatın 30-cu turu çərçivəsində ötən gecə səfərdə "Arsenal"ı böyük hesabla (3:0) məğlub etsə də, çempion olmaq şansı qalmayıb.
 
Buna lider "Mançester Siti"nin eyni turda "Lester Siti"yə qalib gəlməsi (2:0) səbəb olub. Hazırda 49 xalı olan "Liverpul" qarşıdakı 8 oyunun hər birində qələbə qazansa, xallarının sayını 73-ə çatdırır. Lakin "Mançester Siti"nin də hazırda 74 xalı var.
 
Qeyd edək ki, "Liverpul" bu mövsüm 30 oyunda 14 qələbə qazanıb, 9 dəfə məğlub olub. Komanda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest