Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Kolos"la qarşılaşıb. "Minay" bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Azərbaycanlı futbolçular da bu görüşün iştirakçısı olublar. Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycan yığmasının da üzvü olan futbolçu 69-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Rüstəm isə 88-ci dəqiqədə meydana buraxılıb.
 
"Minay" 20 turdan sonra 15 xalla 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb. Sözügedən komandanın ehtiyatda da bir oyunu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest