"Mançester Yunayted"in zədəli futbolçusu Antoni Marsyalın son durumu məlum olub.
 
Matc.az xəbər verir ki, fransız hücumçu zədə səbəbindən mövsümün geridə qalan hissəsini buraxacaq.
 
Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında deyib. Sulşer, Fransa yığmasının düşərgəsində zədələnən Marsyalın bu mövsümün qalan hissəsini buraxacağını bildirib.
 
25 yaşlı futbolçu Dç-2022-nin seçmə mərhələsinin 2-ci turunun Qazaxıstanla səfər matçında (2:0) sıradan çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest