"Qarabağ"da hər şey müxtəlif səbəblərdən istədiyim kimi alınmadı. Yeni komandamda inanılmaz gözəl anlar yaşadım. Bəhanə gətirmək istəmirəm, ancaq ilk ayda zədələnməyimin mənə çox təsiri oldu". Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Hannes Halldorsson deyib.

ölkəsində "Fotbolti" nəşrinə müsahibə verən islandiyalı qolkiper mövsümün ilk yarısı barədə fikirlərini səsləndirib. Halldorsson komandada 3 qapıçının olmasını doğru hesab etmədiyini bildirib: "Komandaya qoşulanda baş məşqçi iki qapıçı ilə kifayətlənəcəklərini bildirdi. Ancaq zədələndiyimdən, daha bir qapıçı almalı oldular. Hazırda 3 qapıçıyıq və buna, həqiqətən də, ehtiyac yoxdu. Heç vaxt kimin oynayacağını təxmin edə bilmirik. Əsas heyətdə yer almaq təsadüfi baş verir. Bunu edənlər azdı. Ancaq səbəbi də var".

34 yaşlı qapıçı komandadan ayrılacağını istisna etməyib: "Açığı, ümid etdiyim qədər oynamadım. Bir neçə yaxşı oyun keçirdim. Ardından "Sportinq"ə qarşı çətin oyun gəldi və 6 qol buraxdım, yaxşı çıxış etmədim. Həmin vaxtdan bəri meydana çıxmadım. İndi isə yol ayrıcındayam, öz problemlərimi nəzərdən keçirirəm və gələcəyimlə bağlı düşünürəm".

Qeyd edək ki, Hannes Halldorsson "Qarabağ"a mövsümün əvvəlində "Randers"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest