İspaniyanın "Alaves" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xavi Kalyexa çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. Kalyexa ötən gün istefaya göndərilmiş Abelardo Fernandesi əvəz edib.
 
2012-ci ildən məşqçiliyə başlamış Kalyexa daha öncə ancaq "Vilyarreal"da çalışıb. 42 yaşlı məşqçi 2020-ci ilə qədər bu klubun yeniyetmələrdən və gənclərdən ibarət komandalarına, eləcə də əsas komandasına rəhbərlik edib.
 
Qeyd edək ki, "Alaves" La Liqada 29 turdan sonra 23 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest