Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
"Göztəpə" doğma meydanda "Rizəspor" üzərində inamlı qələbəyə sevinib. "Fatih Karagümrük" isə "Hatayspor"u minimal hesabla məğlub edib.
 
"Trabzonspor"un bu turdakı rəqibi autsayderlər sırasında yer alan "Kayserispor" olub. Trabzonlular bu görüşdə xal itkisi ilə üzləşiblər.
 
Türkiyə Super Liqası
33-cü tur
6 aprel
 
Göztəpə – Rizəspor 2:0
Qol: H.Akbunar, 56. Ndiaye, 78.
 
Fatih Karagümrük – Hatayspor 1:0
Qol: Sobiex, 70.
 
Trabzonspor – Kayserispor 1:1
Qol: Bakasetas, 29 – M.çelik, 6.
 
7 aprel
 
17:00 Gənclərbirliyi – Ərzurumspor
17:00 Konyaspor – Ankaragücü
20:00 Antalyaspor – Sivasspor
20:00 Beşiktaş – Alanyaspor
 
8 aprel
 
17:00 Dənizlispor – Kasımpaşa
17:00 Qaziantep – Başakşəhər
20:00 Yeni Malatyaspor – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest