İtaliyanın "Latsio" komandasının baş məşqçisi Simone İnzaqi koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin həyat yoldaşı Qayya Lukaryello sosial şəbəkə hesabında paylaşım edib.
 
O, bütün ailə üzvlərinin koronavirus testinin müsbət çıxdığını bildirib. İnzaqi və ailəsinin səhhəti yaxşıdır və onlar təcrid olunublar.
 
İnzaqi 2016-cı ildən "Latsio"nu çalışdırır. Onun rəhbərlik etdiyi komanda A Seriyasında 52 xalla 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest