Futzal üzrə UEFA çempionlar Liqasının 2020/21 mövsümünün final mərhələsinin keçiriləcəyi məkan dəyişib.
 
Matc.az xəbər verir ki, oyunlar aprelin 28-dən martın 3-dək Xorvatiyanın Zadar şəhərindəki "Kreşimir Koşiç Arena"da keçiriləcək.
 
Həlledici mərhələnin əvvəlcə Belarusun paytaxtı Minskdə, daha sonra Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacağı gözlənilirdi. Amma COVİD-19-la əlaqədar epidemoloji vəziyyəti dəyərləndirən UEFA məkanlarda dəyişiklik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest