İngiltərənin "Arsenal" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Kiran Tirni zədələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə Premyer Liqasının 30-cu turunun "Liverpul"la oyununda (0:3) zədələnən Tirni, təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Tirni bu mövsüm 33 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Xatırladaq ki, "Arsenal" bir neçə gün öncə müdafiəçisi David Luisin də ximətindən məhrum olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest