Almaniyanın "Bavariya" klubu iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisinin futbolçuları – Leon Qoretska və Niklas Süle sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə matçında zədələnib. Qoretska və Sülenin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
"Bavariya" – PSJ matçı qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest