Futbol üzrə Azərbaycan I Divizionunda XX tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
"Qarabağ"ın əvəzediciləri "Neftçi"nin ikinci komandası ilə ev oyunundan məğlub ayrılıb. "Kəpəz" də liderlər qrupunda qərarlaşmış "Zaqatala"ya uduzub. "Sumqayıt"ın əvəzediciləri isə "Qaradağ Lökbatan"la qarşılaşmada inamlı qələbəyə sevinib.
 
I Divizion
XX tur
7 aprel
 
MOİK – Sabah-2 0:3
Qol: Camal Cəfərov, 59; 81. Əşfər Zeynallı, 90+9.
Hakimlər: Rauf Allahverdiyev, Cəmil Quliyev, Teymur Teymurov, Rövşən Rəcəbov.
Binə qəsəbə stadionu.
 
Keşlə-2 – Turan Tovuz 1:0
Qol: Xəzər Mahmudov, 65.
Hakimlər: Səbuhi Bayramov, Kərim Zeynalov, Səbuhi Soltanov, Kamranbəy Rəhimov.
Bakı. "ASK Arena".
 
8 aprel
 
Kəpəz – Zaqatala 1:2
Qol: Tural Qürbətov, 81 – Roini İsmayılov, 54. Bəhruz Teymurov, 60.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elman Kərimov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.
 
Sumqayıt-2 – Qaradağ Lökbatan 3:1
Qol: Cəlal Cəbrayılov, 51; 63. Tahir Zeynalov, 90+2 – Xəyal Fərzullayev, 30.
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança).
 
Qarabağ-2 – Neftçi-2 0:1
Qol: Nihad Qurbanlı, 74.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Bakı. "ASCO Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest