Türklər qarşı tərəfə 13 milyon lirəlik borcu ödəyəcəkləri təqdirdə cəza qüvvədən düşəcək və...

FİFA "Trabzonspor"u cəzalandırıb. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb "Milan"ın şikayəti olub.

Belə ki, italyanlar Sosa və Yuray Kuçka transferinə görə, "bordo-mavililər"in razılaşdırılan məbləği ödəmədiyini əsas götürərək, FİFA-ya şikayət edib. Məsələni araşdıran ali futbol qurumu Qara dəniz təmsilçisinə müvəqqəti transfer qadağası qoyub. Türklər qarşı tərəfə 13 milyon lirəlik borcu ödəyəcəkləri təqdirdə cəza qüvvədən düşəcək və komanda qış fasiləsində heyətinə oyunçu qata biləcək.

Qeyd edək ki, "Trabzonspor" əvvəllər Emmauel Masın transferi zamanı da "San Lorenzo"ya pulu vaxtında ödəmədiyi üçün müvəqqəti transfer qadağası ilə üzləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest