"Tottenhem"in müdafiəçisi Tobi Alderveyreldin taleyinə aydınlıq gəlib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Belçika millisinin üzvü komandası ilə yeni müqavilə bağlayıb.

Londonlular 29 yaşlı mərkəz müdafiəçisinin müqaviləsindəki bəndi aktivləşdirib və onunla yeni 1 illik sözləşmə imzalanıb. İndi Alderveyreld 2020-ci ilin yayına qədər ingilislərə məxsusdu.

Qeyd edək ki, Tobi Alderveyreld "Tottenhem"ə 2015-ci ildə "Atletiko"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest