Futbol üzrə Fransa çempionatında 32-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.
 
Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan PSJ bu turda "Strasburq" səfərinə yollanıb. Paris təmsilçisi bu oyunda darmadağına sevinib.
 
Marsel "Olimpik" isə səfərdə "Monpelye" ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Fransa Liqa 1
32-ci tur
9 aprel
 
Mets – Lill 0:2
Qol: B.Yılmaz, 60. Z.çelik, 89.
 
10 aprel
 
Strasburq – PSJ 1:4
Qol: Sahi, 63 – Mbappe, 16. Sarabiya, 27. Kin, 45. Paredes, 79.
 
Monpelye – Olimpik (Marsel) 3:3
Qol: Delor, 1. Laborde, 47; 90+4 – Milik, 43. Qeye, 45+2. Perrin, 71.
 
11 aprel
 
15:00. Renn – Nant
17:00. Brest – Nim
17:00. Lans – Loryan
17:00. Nitsa – Reyms
17:00. Sent-Etyen – Bordo
19:05. Monako – Dijon
23:00. Olimpik (Lion) – Anje

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest